Broylər Premiks Grower — İnkişaf dövründə maksimum performans və sağlamlıq
Broylər Premiks Grower, ətlik cücələrin həyatlarının 11–24-cü günləri arasındakı böyümə mərhələsi üçün xüsusi olaraq hazırlanmış elmi yem qatqı məhsuludur. Bu dövrdə heyvanların immun sistemi inkişafını davam etdirir, eyni zamanda sürətli əzələ və skelet böyüməsi baş verir. Məhz bu kritik mərhələ üçün formullaşdırılan Grower premiksi, yüksək bioloji mənimsənilməyə malik vitamin, mineral, amin turşusu və ferment kombinasiyası ilə böyümə performansını maksimuma çatdırır.
Premiksin tərkibindəki güclü antioksidantlar, həzmi asanlaşdıran fermentlər və immuniteti dəstəkləyən mikroelementlər sayəsində sürüdə homogen inkişaf təmin olunur. Eyni zamanda yemdən istifadə göstəricisi artırılaraq yem çevrilmə səmərəliliyi (FCR) optimallaşdırılır. Antikoksidial komponentlərlə koksidioz kimi bağırsaq problemlərinə qarşı təsirli qorunma təqdim edir.
Broylər Premiks Grower, böyümə mərhələsində stress faktorlarını minimuma endirərək canlı çəki artımını dəstəkləyir və kəsimə hazırlıq prosesinin təməlini qurur. Müasir broylər istehsalında böyümə potensialını ən yüksək səviyyəyə qaldırmaq istəyən istehsalçılar üçün vazkeçilməz məhsuldur.
Texniki Tərkib (25 KG-da)
| Tərkib | Miqdar |
| Vitamin A (1.000.000 IU) | 11.500.000,0 |
| Vitamin D3 (500.000 IU) | 4.500.000,0 |
| Vitamin E %50 | 65.000,0 mg |
| Vitamin K3 %51 | 3.000,0 mg |
| Vitamin B1 Tiamin %98 | 2.500,0 mg |
| Vitamin B2 Riboflavin %80 | 6.500,0 mg |
| Vitamin B6 Piridoksin %99 | 4.300,0 mg |
| Vitamin B12 %1 | 17,0 mg |
| Niasin B3 %99 | 60.000,0 mg |
| Kalsium D-Pantotenat – B5 %98 | 15.000,0 mg |
| Fol turşusu – B10 %91 | 1.900,0 mg |
| Biotin H2 %2 | 250,0 mg |
| Kolin | 1.600.000,0 mg |
| Sink Oksid %72 | 100.000,0 mg |
| Dəmir %50 | 20.000,0 mg |
| Manqan Oksid %62 | 120.000,0 mg |
| Mis Sulfat %25 | 16.000,0 mg |
| Yod – Kalsium yodat %62 | 1.250,0 mg |
| Selenyum %4,5 | 300,0 mg |
| L-Lizin HCl %78 | 2.800.000,0 mg |
| DL-Metionin %98 | 1.600.000,0 mg |
| Treonin %98 | 1.000.000,0 mg |
| DCP (Di-Kalsium fosfat) %18 | 1.800.000,0 mg |
| Mycofix Select 5.E | 500.000,0 mg |
| NaHCO₃ (Natrium bikarbonat) | 1.100.000,0 mg |
| Sepiolit | 2.000.000,0 mg |
| Antikoksidial (Sacox) | 500.000,0 mg |
| Ronazyme WX + Hiphos | 1.000.000,0 mg |
| Antioksidant (BHT/BHA) | 50.000,0 mg |
Analitik Tərkib
- Xam Zülal: %56,00
- Xam Kül: %40,00
- Xam Yağ: %1,12
- Xam Sellüloza: %0,85
Məhsulun Üstünlükləri
- Əzələ və skelet inkişafını optimallaşdırır
- İmmun sistemi dəstəkləyərək infeksiya riskini azaldır
- Yemdən istifadə göstəricisini artırır, FCR-ni aşağı salır
- Suruda homogen böyümə təmin edir
- Stress faktorlarına qarşı davamlılıq qazandırır
- Koksidioz riskinə qarşı güclü qoruma təqdim edir
İstifadə Tövsiyələri
- Dozaj: 1 ton yem üçün 25 kq premiks
- Tətbiq müddəti: Ətlik cücələrin 11–24 gün arası böyümə mərhələsində tətbiq olunur
- Rasion proqramına uyğun olaraq formullaşdırılmalıdır
Qablaşdırma və Saxlama Məlumatları
- Qablaşdırma: 25 kq-lıq kraft və ya laminə kisə
- Saxlama şərtləri: Sərin, quru və birbaşa günəş işığından uzaq mühitdə saxlanılmalıdır
- Açılmış kisələr möhkəm bağlanaraq qısa müddətdə istehlak edilməlidir

